Oktyabrın 19-da Almaniyanın Daxili İşlər Nazirliyi bildirib ki, Berlinin mərkəzində siyasi sığınacaq tələbəi ilə aclıq aksiyası keçirənlərin tələbləri təmin olunmayacaq.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «Alman dalğası» xəbər yayıb.
Nazirliyin təmsilçisi deyib ki, sığınaq «küçə və meydanlarda verilmir»,bunun üçün uyğun beynəlxalq qaydalar mövcuddur.
Məlumata əsasən, oktyabrın əvvəlində Bavariyadan onlarla qaçqın Berlində Brandenburq Ala Qapısı qarşısında uzun müddətli piket keçirib. Bir neçə gün sonra isə onlar aclıq aksiyası elan edib.