“Əş-Şəbab” yenə qan tökdü
19 oktyabr 2013 18:14 (UTC +04:00)

“Əş-Şəbab” yenə qan tökdü

Bu gün səhər saatlarında Somalinin Beldavin şəhərində Eriteriya və Somali əsgərlərinin nahar etdikləri bir restoranda partlayış törədilib.

 

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, partlayışa görə məsuliyyəti bir müddət öncə Keniyada ticarət mərkəzində qətliam törətməklə diqqəti özünə çəkmiş “Əş-Şəbab” terror təşkilatı öz üzərinə götürüb.

 

Partlayış nəticəsində 25 nəfər ölüb, 20 nəfər yaralanıb. “Əş-Şəbab” terror təşkilatının sözçüsü Sheikh Abdiasis Abu Musab hədəflərinin Eriteriya və Somali əsgərləri olduğunu və partlayış nəticəsində aralarında bu ölkələrin əsgərlərinin də olduğu 25 nəfərin öldüyünü bəyan edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 843
avatar

Oxşar yazılar