«Maliyyələşdirmə dayansa da Dövlət Departamenti işləyəcək»
01 oktyabr 2013 05:12 (UTC +04:00)

 «Maliyyələşdirmə dayansa da Dövlət Departamenti işləyəcək»

«Konqres büdcə məsələsində razılığa gəlməyəcəyi və federal hökumətin maliyyələşdirilməsi müvəqqəti dayandırılacağı halda belə ABŞ-ın Dövlət Departamenti fəaliyyətini davam etdirmək niyyətindədir».

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu bəyanatla jurnalistlər qarşısında Cen Pskai çıxış edib.

 

«Mili maraqlarımızı xaricdə təmin etmək, xaricdəki həmvətənlərimizə yardım üçün biz işimizi davam etdirəcəyik»-deyə, Psaki bildirib.

 

Onun sözlərinə görə, bu daha çox Dövlət Departamentin əsas proqramlar, o cümlədən viza verilməsi sahələrinə aiddir.

 

Xatırladaq ki, Senat gələn il üçün dövlət büdcəsi layihəsini təsdiqləməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640
avatar

Oxşar yazılar