«6 aya İran atom bombası əldə edə bilər»
21 sentyabr 2013 02:36 (UTC +04:00)

«6 aya İran atom bombası əldə edə bilər»

«Yaxın 6 ay ərzində İran atom silahı əldə edə bilər». Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, İsrailin beynəlxalq münasibətlər, strateji məsələlər və kəşfiyyat üzrə naziri Yuval Ştaynits «İsrael ha-yom» qəzetinə müsahibəsində bildirib.

 

O, «Tehranla gələcək danışıqlar üçün vaxt qalmadığını»  söyləyib.

 

«İran hələ də hesab edir ki, beynəlxalq ictimaiyyətlə danışıqlar apararaq, manevr etməyə vaxtı qalır.Nə qədər ki ABŞ-ın hərbi əmələiyyatlara başlayacğı təhlküəsi yoxdur, Tehran öz nüvə proqramını dayandırmayacaq.Hamı başa düşməlidir ki, özümüz-özümüzü qorumasaq, bizi kiməs xilas etməyəck. Ona görə də biz İranın atom silahı əldə etməməsi üçün bütün imkanlardan istifadjə etməliyik»-deyə nazir vurğulayıb.

 

Mənbə  xatırladıb ki, sentyabrın 30-da İsrailin baş naziri Netanyahunun ABŞ prezidenti Barak Obama ilə görüşü planlaşdırırılıb. Həmin görüşdə İran ətrafındakı vəziyyətin əsas müzakirə mövzusu olacağı bildirilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 781
avatar

Oxşar yazılar