Varan yeni doğulmuş körpəni yedi
15 may 2025 12:48 (UTC +04:00)

Varan yeni doğulmuş körpəni yedi

Taylandın Samut Prakan əyalətində nəhəng varan körpəni parçalayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, dişlərində uşaq olan kərtənkələni görən şəhər sakinləri xilasediciləri çağırıb.

Hadisə yerinə gələn mütəxəssislər yalnız başsız cəsəd aşkar ediblər - heyvan şikarını evin altında gizlədib.

Uşağın meyiti ekspertizaya göndərilib. Aldığı ağır xəsarətlər səbəbindən uşağın cinsini yerində müəyyən etmək mümkün olmayıb. Polis araşdırmaya başlayıb.

Yerli sakinlər deyirlər ki, yeni doğulmuş körpə yol kənarında qalıb və o, yırtıcı üçün asan ov olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1428

Oxşar yazılar