Kolumbiyada mədəndə partlayış olub.
Lent.az “El Tiempo” qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 şaxtaçı ölüb.
Daha 8 şaxtaçının axtarışları aparılır.
Mədəndə qazın konsentrasiyasının yüksək olması səbəbindən xilasetmə işlərində çətinlik yaranıb. Buna baxmayaraq, hakimiyyət əməliyyatları günün sonuna kimi başa çatdırmağı planlaşdırır.
Qeyd edək ki, hadisə mayın 30-da baş verib.
Hadisə baş verən gün 14 nəfərin mədəndə qaldığı bildirilib. Həmin vaxt yalnız bir nəfər xilas olunsa da xəstəxanada həkimlər onun həyatını xilas edə bilməyib.