Casusluqda şübhəli sayılan quzğun yaxalandı!
05 yanvar 2011 21:45 (UTC +04:00)

Casusluqda şübhəli sayılan quzğun yaxalandı!

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, ayağında “Təl Əviv Universiteti” sözləri yazılmış lent və quşun uçuşunun izlənilməsini asanlaşdıran bir ötürücü olan quzğun bir şeyxin evinin yaxınlığında olub. Quzğunu görən insanlar onun ayağındakı yazılı lenti görüb və dərhal polisə xəbər veriblər. Quzğun tutulub. Məsələ ərəb mətbuatının manşetində yer alıb və quşun İsrailin kəşfiyyat orqanı “Mossad” üçün casusluq fəaliyyəti həyata keçirdiyi ehtimalı qabardılıb.

İsrail tərəfi isə bu iddianı yersiz sayır. İsrailin “Maariv” qəzeti yazıb ki, “Mossad”ın əlinin hər yerə çatdığından qorxan ərəb ölkələrinin təhlükəsizlik qüvvələrinin xəyallarının sərhədləri də genişlənib.

Quzğunun ayağına GPS ötürücüsü taxmış şəxs də ortaya çıxıb. Bu, Qüds Yəhudi Universitetinin doktoru B.Şpaygeldir. O bildirib ki, həmin cihaz quşun hansı yüksəklikdə və hansı sürətlə uçduğunu ölçür və bu araşdırma yox olma təhlükəsi ilə üzləşən quzğunların hərəkətlərini daha yaxşı öyrənməyə kömək edir: “Bu zavallı quş ayağında Təl-Əviv Universiteti sözlərinin yazılmasının əziyyətini çəkir. Yəqin ki, bu quzğun əsasən, İordaniya və Türkiyədə yaşayıb, yalnız ilin hansısa hissəsini İsraildə keçirib. İnanırıq ki, quzğunu sərbəst buraxarlar, çünki acınacaqlı durumdadır”.

O da məlum olub ki, bu quzğun ilk dəfə 6 yaşında olarkən, 2008-ci ilin sentyabr ayında İsraildə olub. Quş veterinar yoxlamasından keçirilib. Sonuncu dəfə bu quş oktyabr ayında İsraildə olub. Ümumiyyətlə, İsraildə son illərdə 7 quzğunun ayağına bu cür lent və GPS ötürücü bağlanıb. Bu quzğunlar payızı Sudanda keçirdikdən sonra əsasən, Səudiyyə Ərəbistanına dönürlər. Həmin quşların da hazırda Səudiyyə Ərəbistanındakı olduğu ehtimal edilir.

Artıq müxtəlif ölkələrin heyvansevər təşkilatları quzğunun sərbəst buraxılması üçün Səudiyyə Ərəbistanına müraciət etməyə başlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3561

Oxşar yazılar