İsrailin keçmiş prezidenti zorlamada günahkar bilindi
İsrailin sabiq prezidenti Moşe Katsava işçi kimi tabeliyində çalışmış xanımı zorlamaqda günahkar sayılıb. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, bununla bağlı məhkəmə bu gün qərar verib.
Məhkəmənin hakimi deyib ki, Moşe Katsava xanıma qarşı hoqqalardan çıxıb və bu, sataşmaq deyil, əsl zorlamadır. Məhkəmə prosesi zamanı məlum olub ki, Moşe Katsava 1990-cı ildə ən azı 2 dəfə - bir dəfə iş yerində, bir dəfə də Qüdsdəki mehmanxanada xanımı zorlayıb.
Moşe Katsavanın vəkilləri isə iddia ediblər ki, prezident və tabeliyində çalışmış xanım arasında romantik münasibətlər olub və onlar prosesin mətbuatda işıqlandırılmasına qadağa qoyulmasını istəyiblər. Ancaq məhkəmə sabiq prezidenti ardıcıl zorlamada və seksual manyaklıqda, işçisinə seksual qul kimi münasibət bəsləməkdə günahkar sayıb.
Hələ ki, Moşe Katsavaya cəza kəsilməyib. 2009-cu ildən başlayan məhkəmə prosesi bir neçə qadının sabiq prezidentin onları zorlaması barədə şikayət etdikləri üçün davam edir.

519