“Erməni soyqırımı”nı inkar edən fransız aktyor erməni obrazında
19 dekabr 2010 12:48 (UTC +04:00)

“Erməni soyqırımı”nı inkar edən fransız aktyor erməni obrazında

2011-ci ildə türk-erməni münasibətlərinə, dostluğuna həsr olunmuş “Qılınc və tütək” adlı filmin çəkilişləri başlayacaq.


Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, filmdə britaniyalı aktyor Cud Lou, fransız aktrisa Vanessa Paradi, o cümlədən fransız kinosunun ulduzu Qiyom Delorm çəkiləcək.


Qiyom Delorm deyib ki, filmin bir hissəsi Türkiyədə – Van və Ərzincanda, digər hissəsi Fransanın Marsel şəhərində çəkiləcək. O bildirib ki, filmin ssenarisi üzərində aparılan iş prosesində də iştirak edib, Marseldə aparılacaq çəkilişlərin hamısı onun qələminin məhsuludur. Filmdə gənc erməni obrazını canlandıracaq Qiyom Delorm “erməni məsələsi” barədə bildiklərini də danışıb: “Fransa parlamentinin qəbul etdiyi qanuna görə, “erməni soyqırımı”nı təkzib edən şəxs 25 min avro cərimələnəcək və 1 ildən 5 ilə qədər azadlıqdan məhrum ediləcək. Beləliklə, Fransa parlamenti Türkiyə tarixi barədə hökm çıxarıb. Əlbəttə, bu, ədalətsizdir. Bu, parlamentdir, məhkəmə deyil. Mən hesab edirəm ki, “erməni məsələsi”ndə Türkiyəyə qarşı ədalətsizliyə yol verilib. İkitərəfli polemika mövcuddur, ancaq mən bunun soyqırım olduğunu düşünmürəm”.


Aktyor filmdə Markos adlı gənc ermənini canlandıracağını da nəzərə çatdırıb: “Markos və Kərəm adlı iki gənc bir qızı sevirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 411

Oxşar yazılar