“WikiLeaks” bir ilə 1 milyon avro qazanıb
Lent.az-ın “Wall Street Journal”a istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın “Wau Holland” fondunun hesabatında bildirilir.
Sənəddə qeyd olunur ki, 2010-cu ilin ikinci yarısında ianələrin miqdarı kəskin azalıb. Əgər avqusta qədər saytın hesabına 750 min avro keçirilibsə, son 4 ay ərzində bu məbləğ cəmi 250 min avro təşkil edib. İanələrin miqdarının azalması səbəbləri açıqlanmır. Amma məlumdur ki, “Visa”, “Master Card” və “PayPal” kimi maliyyə sistemləri saytın xeyrinə ianə qəbulunu dayandırıblar.
Saytda “Qrinpis”də qüvvədə olan məvacib sistemi tətbiq edilib. Bu zaman aparıcı əməkdaşlar ayda 5 min avro alırlar. 2010-cu ildə “WikiLeaks”ın əməkdaşlarına ümumilikdə 100 min avro əməkhaqqı verilib. Bunun 66 min avrosu saytı yaradan Culian Assanca mükafat olub.
“WikiLeaks” 2010-cu ildə digər xərclərə 380 min avro ayırıb. Amma hələlik bəzi hesablar hələ də ödənilməyib. Əsas xərclər siyahısına kompüter avadanlığının alınması, internet xidmətinin ödənilməsi və əməkdaşların işgüzar səfərləridir.
Qeyd edək ki, Assanc bundan əvvəl pul köçürmələrinin dayandırılmasının onlara 500 min avroya başa gəldiyini vurğulayıb. Bundan əlavə, Britaniyada həbs olunaraq sonradan azadlığa buraxılan Assanc vəkillərə 500 min funt sterlinq xərclədiyini bildirib. Bu pulun 50 min dolları sayta daxil olan ianələrdən ödəniləcək.

Oxşar yazılar

Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28
"II Qaregini Patriarxatlığı tərk etsin" - Paşinyan
1 iyul 2025 , 12:17
Hindistanda kimyəvi zavadda partlayış: 34 ölən var
1 iyul 2025 , 07:58
Bu uşaq üç ildir yemək yemir
1 iyul 2025 , 05:55
Qazaxıstanda niqab qadağan edildi
1 iyul 2025 , 03:42
İlon Mask yeni siyasi partiya yaratmaq istəyir
1 iyul 2025 , 02:25
157 milyonluq saat, ağlasığmaz dəbdəbə - Kadırovun oğlunun toyuna kimlər gəldi?-VİDEO
30 iyun 2025 , 21:44