Rusiya ordusunda legionerlər olacaq
26 noyabr 2010 13:44 (UTC +04:00)

Rusiya ordusunda legionerlər olacaq

Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə əhalinin artımının zəif olması və rusların əsgərliyə maraq göstərməməsi səbəbindən Rusiya Müdafiə Nazirliyi əlacı bunda görüb.


Müdafiə Nazirliyinin hazırladığı qanun dəyişikliyinə görə, yaşı 18-30 arasında dəyişən xarici ölkə vətəndaşları 5 il ərzində Rusiya ordusunda xidmət edə biləcəklər. Rusiya ordusunda qulluq etmək istəyənlərin rus dilini yaxşı bilməsi və əvvəllər cinayət əməli törətməməsi gərəkdir. Legionerlər 3 il hərbi xidmətdən sonra Rusiya vətəndaşlığını da qəbul edə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 903

Oxşar yazılar