Vəba epidemiyası gözləniləndən 2 dəfə sürətlə yayılır
Bir ay öncə vəba epidemiyasının başladığı Haitidə vəziyyət gün keçdikcə ağırlaşır. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, vəba epidemiyası proqnozlaşdırılandan 2 dəfə sürətlə yayılır.
Ölənlərin sayı artıq 1400 nəfəri keçib. 25 min haitili xəstəxanalarda müalicə alır. Vəbanın gözlənildiyindən sürətlə yayılması xəstəxanalarda tibbi ləvazimat və həkim çatışmazlığına yol açır. BMT Haitidə 1000 tibb bacısı və 100 həkimə ehtiyac olduğunu açıqlayıb. Vəba xəstəliyinə yoluxmuş insan müalicə almazsa, qıza müddətdə həyatını itirir.

560