Azər Qasımlı kimdir?   – Atteşe, diplomat...
17 fevral 2025 17:38 (UTC +04:00)

Azər Qasımlı kimdir? – Atteşe, diplomat...

Azər Məhəmməd oğlu Qasımov Azərbaycan Prezidentinin mətbuat katibi vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Lent.az “Bioqrafiya” rubrikasında Azər Qasımlı haqqında məlumat verir.

- Azər Qasımov kimdir?

Azər Qasımov  Azərbaycan Respublikası Prezidentinin sabiq Mətbuat katibidir.

- Azər Qasımov nə vaxt anadan olub?

Azər Qasımov 22 iyun 1966-cı ildə anadan olub.

- Azər Qasımov harada doğulub?

Azər Qasımov Bakı şəhərində anadan olub.

- Azər Qasımov harada təhsil alıb?

Azər Qasımov Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu, Bakı Dövlət Universitetini və Çenq Du Universiteti (Çin) bitirib.

- Azər Qasımov hansı vəzifələrdə çalışıb?

1994-cü ildə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində tərcüməçi, 1994–1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsində attaşe, 1995–1996-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq idarəsində attaşe, 1996–1997-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda attaşe, 1997–1999-cu illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində attaşe, üçüncü katib, 1999–2000-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Asiya, Afrika və Latın Amerikası ölkələri idarəsində üçüncü katib, ikinci katib, 2000–2004-cü illərdə isə Azərbaycan Respublikasının Milli Məclisi Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

- Azər Qasımlı nə vaxt nə vaxt Prezidentin mətbuat katibi vəzifəsinə təyin edilib?

Azər Qasımlı Azərbaycan Respublikası Prezidentinin 13 mart 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi təyin edilib.

- Azər Qasımlı nə vaxt vəzifəsindən azad edilib?

Azər Qasımlı 17 fevral 2025-ci ildə Prezidentin müvafiq sərəncamı ilə bu vəzifədən azad edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2304

Oxşar yazılar