163
10:44
16 Noyabr 2020

İş adamı ad günü keçirdi, polis basqın etdi - FOTOLAR

Türkiyənin tanınmış aktrisası Tuba Ünsalla eşq yaşadığı iddia edilən iş adamı Caner Karaloğlu atasının villasında özünə məclis keçirib. Lent.az -ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, iş ad adamının məclisinə 150 nəfərlik insan qatılıb. Həmin yerdə sosial məsafə qorunmadığı, maskadan istifadə edilmədiyi üçün məkana 6 polis maşını gəlib. Polislərlə birgə dərhal yığıncaq yerinə gələn jurnalist bu sözləri deyib: “Bura gələn qonaqlar pandemiya qaydalarına əməl etmirlər. İş adamının təşkil etdiyi bu ad günündə sosial məsafə qorunmadı və maskalardan istifadə olunmadı”.

Xatırladaq ki, məclisə aktyorlar Öykü Çelik, Rüzgar Çetin, Kerim Sabancı, Özlem Yarar və bir neçə əcnəbi vətəndaşlar qatılıb. Məclisdə iştirak edən 150 nəfər insana 206 manat pul cəzası kəsilib.

Dİgər xəbərlər