“Azersun Holding” hər kəsi başlatdığı sosial aksiyaya qoşulmağa dəvət edir 
01 aprel 2020 12:16 (UTC +04:00)

“Azersun Holding” hər kəsi başlatdığı sosial aksiyaya qoşulmağa dəvət edir 

 

Bütün dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilib. Bu virusla mübarizə şəraitində gecə-gündüz demədən çalışan, ictimaiyyəti operativ və obyektiv xəbərlərlə təmin edən jurnalistlərin əməyini xüsusi vurğulamaq lazımdır. “Azersun Holdinq” xalqımız və dövlətimiz üçün kifayət qədər həssas olan indiki şəraitdə, Milli Mətbuatımızın 145-ci ildönümündə səfərbər olaraq, cəmiyyəti doğru-dürüst məlumatlarla təmin edən jurnalistlərə dərin minnətdarlığını bildirir, daim iş başında olan media nümayəndələrini alqışlayır.

Siz də alqışlayın! Biz, birlikdə güclüyük!

# 986
avatar

Oxşar yazılar