08:12
21 Mart 2020

Britaniyada bir gündə 714 nəfər koronavirusa yoluxdu


Böyük Britaniyada son sutka ərzində koronavirusa 714 nəfər yoluxub.

APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, bununla da krallıq üzrə virusa yoluxanların ümumi sayı 3983 nəfərə çatıb.

Bildirilib ki, martın 20-də 66 min 976 nəfərdən test nümunələri götürülüb. Onlardan 62 min 993 nəfərində yoluxma aşkarlanmayıb. 3983 nəfərin diaqnozu isə pozitiv olub.

Dİgər xəbərlər