“Fasilədə pis xəbəri gördüm, qolu ona həsr etdim” – Neymar
27 yanvar 2020 12:11 (UTC +04:00)

“Fasilədə pis xəbəri gördüm, qolu ona həsr etdim” – Neymar

 

PSJ klubunun futbolçusu Neymar Fransa Liqa1-in XXI turunda “Lill” üzərindəki səfər qələbəsində (2:0) əsas pay sahibi olub. 

Lent.az-ın məlumatına görə, komandasının hər iki qoluna məhz braziliyalı forvard imza atıb.

Neymar ikinci qolun sevincini yaşayarkən kameralara bir əlinin 2, digər əlinin isə 4 barmağını göstərib. Matçdan sonra açıqlama verən “sambaçı” həmin qolu helikopter qəzasında dünyasını dəyişən sabiq basketbolçu Kobi Brayanta həsr etdiyini bildirib: “Fasilədə sosial şəbəkələrdə pis xəbəri gördüm. Təkcə basketbol azarkeşləri yox, bütün idman dünyası üçün çox kədərli andır. Brayantı yaxşı tanıyırdım. İkinci hissədə qol vuranda etdiyim hərəkətlə onun vaxtilə 24 nömrəli forma geyinməsini göstərdim”.

Qeyd edək ki, Kobi Brayant helikopterin ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında yerə çırpılması nəticəsində ölüb.

 

# 2030
avatar

Rizvan Babayev

Oxşar yazılar