Havasını çıxartdınız,  amma radiator yenə soyuqdur?  - Bu kiçik detalı yoxlayın
10 oktyabr 2026 10:36 (UTC +04:00)

Havasını çıxartdınız, amma radiator yenə soyuqdur? - Bu kiçik detalı yoxlayın

0

İstilik mövsümü başlayandan sonra radiator qızmırsa, dərhal yenidən havasını çıxarmağa tələsməyin. İsti suyun sistemdə normal dövr etməməsinin bir neçə səbəbi ola bilər. Radiatorun havasını çıxardıqdan sonra o yenə də soyuq qalırsa, proseduru dərhal təkrarlamaq lazım deyil. Problem. ümumiyyətlə, hava tıxacında olmaya bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, istilik mövsümünün əvvəlində ən çox rast gəlinən problemlərdən biri termostatik klapanın ilişib qalmasıdır.

İlk növbədə termostatik başlığı yoxlamaq lazımdır: onu maksimum səviyyəyə qoyun və bir neçə dəqiqə gözləyin.

Radiator qızmağa başlamırsa, səbəb uzun müddət işləmədiyi üçün ilişib qalan klapan ştoku ola bilər.

Bunu yoxlamaq üçün plastik termostatik başlığı çıxarmaq lazımdır. Onun altında kiçik metal ştift yerləşir.

Normal vəziyyətdə o, irəli-geri hərəkət etməli və əvvəlki mövqeyinə qayıtmalıdır. Əgər ştift hərəkət etmirsə, üzərinə bir neçə dəfə ehtiyatla basaraq onu açmağa çalışmaq olar. Əgər ilişib qalıbsa, kəlbətinlə çox ehtiyatla özünüzə doğru çəkmək və irəli-geri hərəkət etdirmək tövsiyə olunur.

Radiatorun soyuq qalmasının səbəbi aşağı hissədə yerləşən geri dönüş klapanı da ola bilər. Əgər o bağlıdırsa, su normal şəkildə dövr edə bilməyəcək. Bununla belə, təcrübəniz yoxdursa, klapanları özbaşına sökmək məsləhət görülmür. Çünki onların vəziyyəti bütün istilik sisteminin işinə təsir göstərə bilər.

Radiator niyə qızmaya bilər?

Əgər problem termostatik klapanda deyilsə, digər radiatorlara da baxmaq lazımdır. Yalnız bir radiator soyuq qalırsa, problem böyük ehtimalla lokaldır. Bir neçə radiator qızmırsa və ya qonşular da eyni problemdən şikayət edirlərsə, səbəb istilik dayağında, su dövriyyəsində və ya binanın ümumi istilik sistemində ola bilər.

Şəxsi evlərdə fərdi kombi və ya qazan istifadə olunursa, manometr üzrə təzyiqi də yoxlamaq lazımdır. Radiatorun havası çıxarıldıqdan sonra təzyiq aşağı düşə bilər və bu da sistemin düzgün işləməsinə mane ola bilər. Sistemə su yalnız təzyiq icazə verilən səviyyədən aşağı düşdükdə və qazan istehsalçısının təlimatına uyğun olaraq əlavə edilməlidir.

Mərkəzləşdirilmiş istilik sistemi olan mənzillərdə isə sistemə özbaşına su əlavə etmək olmaz. Problem binanın ümumi istilik sistemi ilə bağlıdırsa, idarəedici şirkətə və ya binanın administrasiyasına müraciət etmək lazımdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar