"Apple" kompüterlərində təhlükəli virus  aşkarlandı
08 may 2024 12:50 (UTC +04:00)

"Apple" kompüterlərində təhlükəli virus aşkarlandı

Mac kompüterləri arasında yeni ekran görüntüsü virusu yayılıb. 

Lent.az “Mashable” xəbər verir ki, “Apple” kompüter istifadəçiləri cihazlarının ekranının şəkillərini çəkən virusla qarşılaşıblar. 

“Cuckoo” adlı bu zərərli proqramı əsasən “Spotify” axın xidmətinin istifadəçiləri üçün nəzərdə tutulmuş “Spotify Music” proqramı vasitəsilə yayılıb.

Məlum olub ki, tətbiqi yüklədikdən sonra təhlükəli virus bəzi istifadəçi məlumatlarını kopyalayıb. Belə ki, o, kompüter haqqında məlumat toplayıb, “Notes”, “Telegram”, “Discord” kimi bir sıra proqramlardan məlumat ötürüb. “Cuckoo” kompüter ekranının skrinşotlarını da çəkərək hakerlərə göndərib.

Mütəxəssislər virus tətbiqinin həm “Intel” prosessorlarına əsaslanan köhnə Mac kompüterlərinin, həm də “Apple Silicon” çiplərinə əsaslanan yeni modellərin istifadəçiləri arasında yayıldığını qeyd ediblər. Mütəxəssislər ehtiyat tədbiri olaraq naməlum mənbələrdən proqramları yükləməməyi tövsiyə ediblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3747
avatar

Sevinc Fərid

Oxşar yazılar