Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu daha da yüksələcək. Səhər və axşam saatlarında dumanlı hava şəraiti davam edəcək.
Lent.az-ın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, növbəti həftənin ilk günlərində, martın 17-18-də havanın temperaturu yüksələrək Bakıda və Abşeron yarımadasında 22-27, Aran rayonlarında 25-30, dağlıq rayonlarda isə 18-23 dərəcə isti olacaq.