(R) Bolkart tənliyini həll et, yeni ödəmə imkanından istifadə et!
06 sentyabr 2013 16:30 (UTC +04:00)

(R) Bolkart tənliyini həll et, yeni ödəmə imkanından istifadə et!

“Bank of Baku” Bilik Günü ilə əlaqədar Bolkart sahibləri üçün əlverişli bayram kampaniyası elan edir. 6-15 sentyabr tarixlərində Bolkart şəbəkəsinin 1 aylıq ödəniş qəbul edən mağazalarında birdəfəyə cəmi 201 manat və daha böyük məbləğdə alış-veriş etmiş kart sahibləri ödənişlərini 3 ay sonra edə bilərlər.

 

Beləliklə, Bolkart sahibləri alış-veriş anından etibarən 3 ay sonra, yəni dekabr ayında, əlavə xərcsiz ödəmələrini həyata keçirmək imkanı qazanır.

Kampaniya yalnız 10 gün, 6-15 sentyabr tarixlərində qüvvədədir.

 

Bolkart şəbəkəsinin 1 aylıq ödənişli mağaza və ticarət mərkəzləri siyahısına tanınmış dəftərxana dükanları, supermarketlər, restoran, aptek, gözəllik salonları və digər ictimai obyektlər daxildir. İndi bu məkanlarda alış-veriş edib, məhsul və xidmətin dəyərini 3 ay sonra ödəmək olar.

Hazırda 140.000-dən çox Azərbaycan vətəndaşı Bolkart-dan gündəlik istifadə edir. Kredit kartı ilə alış-veriş etmək, vaxtaşırı nağd pul çıxarmaq və digər üstünlüklərdən bəhrələnmək olar. Bolkart vasitəsilə ölkəmizin istənilən mağazasında, həmçinin dünyanın istənilən ölkəsində və internetdə alış-veriş etmək mümkündür.

Bolkartın onlayn sifarişi: http://bolkart.az/#openorder

 

Daha ətraflı: www.facebook.com/Bolkart

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 924
avatar

Oxşar yazılar