Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, DSX Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sentyabr ayının 30-da ümumi çəkisi 6 kiloqram 205 qram narkotik vasitə, oktyabr ayının 2-də isə “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 1160 ədəd psixotrop tərkibli Pregabalin – 150 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
