Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, aktyor bu iddiaları cəfəngiyat adlandırıb.
“Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanlar dedi-qodu edir, mənim haqqımda müxtəlif şayiələr yayılır. Düşünürəm ki, bunun səbəbi subay olmağımdır. Sadəcə, belə şeylər uydururlar”, - Afflek deyib.
Şayiələr “The View” verilişinin aparıcısı Ana Navarronun Ben Afflek və Şakira üçün görüş təşkil etməyə çalışdığı barədə yayılan məlumatlardan sonra ortaya çıxıb.
Aktyor hazırda şəxsi münasibətlərin onun üçün prioritet olmadığını da vurğulayıb. Afflek əsas diqqətini işinə və uşaqlarına ayırdığını bildirib.
“Çox işləyirəm və uşaqlarımla vaxt keçirirəm. Başqa şeylər üçün vaxtım qalmır. Hazırda münasibətlər həyatımda böyük prioritet deyil”, - aktyor əlavə edib.