Bakının Xətai rayonunda qətl baş verib.
Lent.az verir ki, hadisə oktyabrın 4-də saat 22 radələrində Xətai rayonu, F.Qəmbərov küçəsində qeydə alınıb.
Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunmuş 23 yaşlı Qüdrət Mahmudov münaqişə zəminində Bakı şəhər sakini 18 yaşlı Arda Qurbanlını bıçaqla öldürüb.
Q.Mahmudov tutulub.
Araşdırma rayon prokurorluğunda aparılır.(APA)