Samsung telefonlarında  gizli funksiya   üzə çıxdı
05 oktyabr 2026 18:18 (UTC +04:00)

Samsung telefonlarında gizli funksiya üzə çıxdı

0

Samsung smartfonlarında şəxsi məlumatların və tətbiqlərin ayrıca qorunan bölmədə saxlanmasına imkan verən az tanınan funksiya var.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət Secure Folder funksiyasından gedir. Bu funksiya Samsung cihazının yaddaşında ayrıca və təcrid olunmuş sahə yaradır. Secure Folder daxilində istifadəçi ayrıca tətbiqlər, hesablar və fayllar saxlaya bilər. Hətta eyni tətbiqin ikinci versiyasını quraşdırmaq mümkündür. Məsələn, istifadəçi əsas telefondakı hesabdan ayrı olaraq ikinci Telegram hesabını burada işlədə bilər.

Bu bölmənin öz Google Play və Galaxy Store girişi, ayrıca parametrləri və faylları olur. Funksiya faktiki olaraq smartfonun daxilində ikinci, müstəqil bir məkan yaradır. Secure Folder əlavə parol, PIN-kod və digər qoruma üsulları ilə mühafizə olunur. Buna görə şəxsi fotoları, sənədləri, məxfi məlumatları və əlavə hesabları burada saxlamaq mümkündür.

"How-To Geek"in redaktoru Co Fedeva bildirib ki, özü də "Secure Folder"dan ikinci Telegram hesabı və məxfi məlumatların saxlanılması üçün istifadə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 196

Oxşar yazılar