Siyəzəndə narkotacirlərə qarşı ƏMƏLİYYAT:  14 nəfər saxlanıldı
05 oktyabr 2026 15:31 (UTC +04:00)

Siyəzəndə narkotacirlərə qarşı ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı

0

Siyəzəndə 6 kiloqram narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində silsilə tədbirlər keçirib.

Nəticədə qanunsuz əməllərdə şübhəli bilinən 14 nəfər müəyyən edilərək saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 6 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar