Sumqayıtda  "podval"da   yıxılan kişi  yaralandı
05 oktyabr 2026 19:03 (UTC +04:00)

Sumqayıtda "podval"da yıxılan kişi yaralandı

0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Lent.az-a FHN Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 48 yaşlı Fətullayev Zaur Fərasət oğlunun onikimərtəbəli yaşayış binasının zirzəmisində yıxıldığı və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən Z. Fətullayev zirzəmidən təxliyə edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar