Bakıda qətl hadisəsi olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Nizami rayonu ərazisində baş verib.
Orta məktəblərdən birinin 9-cu sinfində təhsil alan şagird sinif yoldaşını bıçaqlayaraq öldürüb.
Əldə etdiyimiz xəbərə görə, hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib.
Araşdırma aparılır.