Türkiyənin tanınmış aktyoru, Yeşilçamın “Altın Çocuk” ləqəbli sənətçisi Göksəl Arsoy 90 yaşında vəfat edib.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Arsoy “Kara Günlerim”, “Samanyolu”, “Taş Bebek” kimi filmlərdə yaratdığı obrazlarla yadda qalıb.
O, 1957-ci ildə kino fəaliyyətinə başlayıb və xüsusilə 1960-cı illərdə Yeşilçamın ən məşhur aktyorlarından birinə çevrilib.
1999-cu ildə ona “Yaşam Boyu Onur Ödülü”, 2024-cü ildə isə Türkiyə Prezidentinin Mədəniyyət və İncəsənət üzrə Böyük Mükafatı təqdim olunub.