Dəfnə yarpağını  dibçəyə qoymağın   gizli  FAYDASI
05 oktyabr 2026 18:05 (UTC +04:00)

Dəfnə yarpağını dibçəyə qoymağın gizli FAYDASI

0

Ev bitkilərinə qulluq edənlər arasında maraqlı üsul yayılıb. Belə ki, bəzi insanlar dibçəklərin torpağına quru dəfnə yarpağı qoyurlar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu üsul bəzi zərərvericiləri bitkilərdən uzaqlaşdırmağa kömək edə bilər.

Dəfnə yarpağı bitkini necə qoruyur?

Dəfnə yarpağının tərkibində sineol və evkaliptol kimi efir yağları var. Məhz bu maddələr yarpağa kəskin və xarakterik qoxu verir. Bu qoxu bəzi həşəratların xoşuna gəlmədiyi üçün dəfnə yarpağı təbii qoruyucu vasitə rolunu oynaya bilər.

Mütəxəssislər bir ədəd quru dəfnə yarpağını torpağın üzərinə qoymağı və ya köklərə zərər vermədən azca torpağa basdırmağı məsləhət görürlər. Bunun üçün xüsusi məhlul hazırlamağa və ya bitkinin suvarma rejimini dəyişməyə ehtiyac yoxdur. Zaman keçdikcə yarpaq torpaqda çürüyür. Lakin onun tamhüquqlu gübrə hesab edilməsi düzgün deyil, çünki tərkibində bitkinin qidalanması üçün kifayət qədər faydalı maddə yoxdur.

Həddindən artıq istifadə etmək olmaz

Mütəxəssislər bildirirlər ki, dəfnə yarpağı yalnız profilaktik vasitə kimi istifadə edilə bilər. Əgər bitki artıq çoxlu həşəratın hücumuna məruz qalıbsa, təkcə bu üsul problemi həll etməyəcək. Eyni zamanda dibçəyə həddindən artıq çox dəfnə yarpağı qoymaq da məsləhət görülmür.

Torpağın üzərində çoxlu üzvi maddənin yığılması drenajı zəiflədə və həddindən artıq nəmliyə səbəb ola bilər. Buna görə də bir və ya bir neçə quru yarpaqdan ehtiyatla istifadə etmək daha məqsədəuyğundur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 164

Oxşar yazılar