Türkiyədə təyyarədə BOMBA XƏBƏRDARLIĞI:  sərnişinlər təxliyə edildi
05 oktyabr 2026 23:01 (UTC +04:00)

Türkiyədə təyyarədə BOMBA XƏBƏRDARLIĞI: sərnişinlər təxliyə edildi

0

Ankara-Şanlıurfa reysi ilə hərəkət edən sərnişin təyyarəsində partlayıcı maddənin olması barədə məlumat daxil olub.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Şanlıurfa valisi Hasan Işıldak bildirib.

Oktyabrın 5-də saat 19:00-da Ankaradan Şanlıurfaya yola düşən “AJet” aviaşirkətinə məxsus 4180 saylı sərnişin təyyarəsi saat 20:05-də Şanlıurfa GAP Hava Limanına eniş edib.

Məlumata görə, təyyarənin göyərtəsində 136 sərnişin və 7 ekipaj üzvü olub. Onların təhlükəsiz şəkildə təxliyəsi üçün bütün zəruri tədbirlər görülüb.

Təyyarə boşaldıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən göyərtədə partlayıcı maddənin olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə axtarış aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar