Tovuzda bıçaqlanma hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ağdam kəndində qeydə alınıb.
Kənd sakini, 29 yaşlı N.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, ailə münaqişəsi zəminində N.Məmmədovla atası, 65 yaşlı Aydın Məmmədov arasında mübahisə yaranıb. Mübahisə zamanı ata oğluna bıçaqla xəsarət yetirib.
Hadisə zamanı Aydın Məmmədovun sərxoş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.