Görünən işığın suyu qızdırmadan birbaşa daha sürətlə buxarlandıra bildiyi barədə son illərdə müzakirə olunan nəzəriyyə yeni eksperimentlərdə təsdiqlənməyib.
Lent.az xəbər verir ki, bu barədə Phys.org Maks Plank Polimer Tədqiqatları İnstitutunun araşdırmasına istinadən məlumat yayıb.
Alimlər təmiz su damcıları və hidrogellərlə bir sıra nəzarətli təcrübələr aparıblar.
Nəticədə görünən işığın təmiz suyun buxarlanma sürətinə ölçülə bilən birbaşa təsiri aşkarlanmayıb. Tədqiqatçılar əvvəlki eksperimentlərdə müşahidə olunan sürətlənmənin başqa fiziki amillərdən qaynaqlana biləcəyini düşünürlər.