Xankəndidə bayram coşqusu -  VİDEO
04 mart 2025 21:56 (UTC +04:00)

Xankəndidə bayram coşqusu - VİDEO

 İşğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Xankəndi şəhərində də həyat öz axınına düşüb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən xəbərə görə, uzun illərdən sonra Xankəndi şəhərində insanlar bu gün öz adət-ənənələrinə uyğun olaraq doğma torpaqlarında Od çərşənbəsini qeyd edirlər.

Axşam saatlarında şəhərin girişində bayram tonqalı yandırılıb. Sakinlər tonqal ətrafına toplaşaraq, od çərşənbəsini birlikdə qeyd ediblər.

Bayram tonqalı uşaqlar üçün daha maraqlı olub. İnsanlar tonqalın üzərindən hoppanaraq öz niyyətlərini dilə gətiriblər.

Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə bayramlar xüsusilə qeyd olunur. Xankəndi şəhərində də Novruz bayramı münasibətilə böyük konsert proqramı təşkil ediləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358

Oxşar yazılar

Bu gün Astarada uşaqları qaşıqla döyürlər-VİDEO

Bu gün Astarada uşaqları qaşıqla döyürlər-VİDEO

4 mart 2025 , 23:23
Xocalıda bayram  tonqalı-VİDEO

Xocalıda bayram tonqalı-VİDEO

4 mart 2025 , 23:01
Ramazan ayının 5-ci gününün DUASI

Ramazan ayının 5-ci gününün DUASI

4 mart 2025 , 22:00
Qorunması lazım olan  ən mühüm dəyər:   sağlamlıq, sevgi və pul deyil

Qorunması lazım olan ən mühüm dəyər: sağlamlıq, sevgi və pul deyil

4 mart 2025 , 19:01
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

4 mart 2025 , 18:19
Ombudsman Vardanyan və  digər separatçılara   baş çəkib

Ombudsman Vardanyan və digər separatçılara baş çəkib

4 mart 2025 , 17:37
Həcc ziyarəti ilə bağlı əhaliyə ÇAĞIRIŞ

Həcc ziyarəti ilə bağlı əhaliyə ÇAĞIRIŞ

4 mart 2025 , 17:22
Naxçıvan şəhər icra başçısına müavin təyin olundu

Naxçıvan şəhər icra başçısına müavin təyin olundu

4 mart 2025 , 15:49