Ucarda yol qəzasında yaralananların vəziyyəti açıqlandı
16 fevral 2025 13:24 (UTC +04:00)

Ucarda yol qəzasında yaralananların vəziyyəti açıqlandı

Fevralın 16-da saat 03:00 radələrində Bakı-Qazax magistralının Ucar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 22 nəfər (7-si qadın cinsli, 15-i kişi cinsli olmaqla) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya edilib.

Lent.az-ın xəbərinə görə, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBIB-dən bildirilib.

Xəsarət alanlardan 1-i 2020-ci il təvəllüdlü azyaşlıdır.

Qeyd edilib ki, bədənin müxtəlif nahiyələrinin sınığı, əzilməsi, qarın boşluğu orqanlarının əzilməsi və sair diaqnozlar qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Həmin şəxslərdən 7 nəfərinin müalicəsi hazırda xəstəxanada stasionar şəraitdə davam etdirilir.

15 nəfər ambulator müalicə üçün evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1458

Oxşar yazılar