Ucarda 14 avtomobil toqquşdu  - Ölənlər və yaralananlar var -YENİLƏNİB -VİDEO
16 fevral 2025 13:02 (UTC +04:00)

Ucarda 14 avtomobil toqquşdu - Ölənlər və yaralananlar var -YENİLƏNİB-VİDEO

Bugün gecə saat 03:00 radələrində Bakı-Qazax yolunun 237-ci km-də güclü duman səbəbindən görünüş məsafəsinin azalması nəticəsində yaxın məsafalərdə bir neçə qəza baş verib.

Lent.az-ın xəbərinə görə, bunu BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev bildirib.

Qeyd edilib ki, hadisə yerinə dərhal yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub. Qəza nəticəsində 2 nəfər həyatını itirib, 1 nəfər isə ağır xəsarət alıb: "İlkin ehtimala görə qəza dumanlı yolda bir neçə nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində durması nəticəsində arxadan gələn nəqliyyat vasitələrinin vaxtında reaksiya verə bilməyərək onlara çırpılması nəticəsində baş verib".

Faktla bağlı araşdırma aparılır.

 

***

saat 12.58

Xəbərə video əlavə olunub. 

***

saat 12.26

Gecə saatlarında Ucarda baş verən qəzanın bəzi təfərrüatları məlum olub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 2 nəfər - Bərdə rayon sakini, 1989-cu il təvəllüdlü Günel Əlövsət qızı Allahverdiyeva və Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin Allahverən oğlu Abdullayev hadisə yerində ölüb, 22 yaralı isə Göyçay xəstəxanasına gətirilib.

İlkin ehtimala görə, dəhşətli qəzaya yaxınlıqda yerləşən zibil poliqonunda baş verən yanğının tüstüsü səbəb olub. Magistral yolda hərəkətdə olan nəqliyyat vasitələri gözlənilmədən qatı tüstüyə düşüb və görünüş məsafəsi tamamilə məhdudlaşdığından məlum hadisə baş verib.

 

***

saat 10.41

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, Qulubənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Lent.az-ın xəbərinə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ucar rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 14 ədəd avtomobilin iştirakı ilə zəncirvari yol-qəza hadisəsi baş verib və vətəndaşlar deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən dörd nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

***

saat 06.42

Ucarda baş verən qəzada hələlik şəxsiyyəti dəqiqləşdirilməyən 1 kişi və 1 qadın ölüb.

Lent.az xəbər verir ki, hadisə zamanı xəsarət alan 12 nəfərin adları aşağıdakı kimidir:

1980-ci il təvəllüdlü Məmmədov Ruslan Mahmud oğlu,

2007-ci il təvəllüdlü Əliyeva Səbinə Vasif qızı,

1969-cu il təvəllüdlü Qasımov Mərdan Əkbər oğlu,

1960-cı il təvəllüdlü Əhmədov Şahid Yusif oğlu,

1963-cü il təvəllüdlü Abdulayeva Nəcibə İbrahim qızı,

1955-ci il təvəllüdlü Əliyev Əlövsət İlyas oğlu,

1983-cü il təvəllüdlü Hüseynov Aftandil Rəşid oğlu,

1981-ci il təvəllüdlü Bayramov Samir Rəhim oğlu,

1981-ci il təvəllüdlü Məmmədov Niyaməddin Mahmud oğlu,

1960-cı il təvəllüdlü Əliyeva Günəş Əli qızı,

2020-ci il təvəllüdlü Allahverdizadə Nəriman Taleh oğlu

1981-ci il təvəllüdlü Məmmədov Əlizamin Telman oğlu Ucar Rayon Xəstəxanasına yerləşdiriliblər.

İlkin yardım göstərildikdən sonra bütün zərərcəkənlər Göyçay Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.

***

03:56

Ucarda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanlar olub.

Lent.az-ın məlumatına görə, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, 13 avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 10-dan yuxarı şəxs xəsarət alıb.

Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4908

Oxşar yazılar