Şuşa və Laçına qar yağır  - FAKTİKİ HAVA
15 aprel 2025 16:58 (UTC +04:00)

Şuşa və Laçına qar yağır - FAKTİKİ HAVA

Aprelin 15-i saat 16:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, düşən yağıntının miqdarı Beyləqanda 26 mm (aylıq normanın 85%-i), Füzulidə 24 mm (aylıq normanın 44%-i), Zərdabda 21 mm (aylıq normanın 68%-i), Qubada 20 mm (aylıq normanın 42%-i), Göyçayda 19 mm (aylıq normanın 39%-i), Kürdəmirdə 17 mm (aylıq normanın 49%-i), Oğuzda 16 mm, Ağstafada 15 mm (aylıq normanın 40%-i), Tovuzda 14 mm (aylıq normanın 37%-i), Sabirabadda 14 mm (aylıq normanın 44%-i), Şabranda 13 mm (aylıq normanın 45%-i), Xaltanda 17 mm (aylıq normanın 25%-i), Gəncədə 10 mm (aylıq normanın 32%-i), Şahdağda 10 mm, İsmayıllıda 8 mm, Lənkəranda 7 mm, Ağdam, Cəlilabadda 6 mm, Zaqatalada 5 mm, Daşkəsən, Neftçalada 2 mm-dir. Naxçıvan MR, Xocalı, Göygöl, Şəmkir, Şəki, Balakən, Qax, Qobustan, Qusar, Tərtər, Bərdə, Yevlax, İmişli, Hacıqabul, Biləsuvar, Mingəçevir və Yardımlıda da leysan xarakterli yağış müşahidə olunur.

Bakıda və Abşeron yarımadasında isə 8 mm-dək (aylıq normanın 33%-i) təşkil edir.

Dağlıq ərazilərdə-Lerik, Qrız, Şahdağ, Kəlbəcər, Şuşa və Laçında isə qar yağır.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s-dək çatıb. Dənizdə dalğanın hündürlüyü 2.4 metrdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvanda, eyni zamanda Aran rayonlarında 12, dağlıq rayonlarda 6 dərəcəyədək isti qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590

Oxşar yazılar