Sərbəstliyə və alimentə görə qadın iki ayağını bir başmağa dirəyir ki, boşansın - Deputatdan  QALMAQALLI AÇIQLAMA
03 mart 2025 11:32 (UTC +04:00)

Sərbəstliyə və alimentə görə qadın iki ayağını bir başmağa dirəyir ki, boşansın - Deputatdan QALMAQALLI AÇIQLAMA

Bu gün boşanmaların səbəbi daha çox qadınların sərbəst qalmaq istəyi və aliment almaq imkanlarının olması ilə bağlıdır.

Lent.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi”nin müzakirəsində deputat Razi Nurullayev deyib. 

Deputatın sözlərinə görə, ona olan müraciətlərdən 10 müraciətdən 8-də məlum olur ki, qadın ailəni qoruyub saxlamaq imkanı olsa da, iki ayağını bir başmağa dirəyir ki, boşansın: “Qadınlara stimul verən alimentdir. Bir neçə il bundan qabaq mən bu məsələdə hər zaman birmənalı olaraq qadınların tərəfini saxlamışam. Amma son zamanlar görürəm ki, tendensiya dəyişib.

Aliment Fondu lazımdır, çünki aliment verə bilməyən kişilər var. Amma eyni zamanda Aliment Fondu elə formada yaradılmalıdır ki, bu boşanmaların artmasına gətirib çıxarmasın”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 972

Oxşar yazılar