Sabah  yenə qar   yağacaq,  25 dərəcə şaxta   olacaq - HAVA PROQNOZU
24 fevral 2025 12:57 (UTC +04:00)

Sabah yenə qar yağacaq, 25 dərəcə şaxta olacaq - HAVA PROQNOZU

Fevralın 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az qar yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8° şaxta, gündüz 2-6° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 13-18° şaxta, yüksək dağlıq ərazilərdə 20-25° şaxta, gündüz 5-10° şaxta olacaq.

Yolların buz bağlaması davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7956

Oxşar yazılar