Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Sabirabadda dəfn edilib.
Lent.az APA-a istinadla xəbər verir ki, vida mərasimindən sonra əsgər İmanov Əli Tariyel oğlu Sabirabadın Muğan Gəncəli kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Rüstəm Ruslan oğlunun nəşləri aşkar edilib.