Laçında 31 ildən sonra ilk zəng belə çalındı - FOTO
15 sentyabr 2023 15:10 (UTC +04:00)

Laçında 31 ildən sonra ilk zəng belə çalındı - FOTO

Sentyabrın 15-də Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə yeni tədris ilinə start verilib. 

Lent.az xəbər verir ki, 2023–2024-cü tədris ilində sözügedən məktəbdə 44 şagirddən ibarət 11 sinif təşkil edilib və 16 müəllim burada tədris aparacaq.

Qeyd edək ki, 510 şagird yerlik ikimərtəbəli məktəb binasında 13 sinif otağı, 2 laboratoriya, kimya, fizika, biologiya kabinetləri, informatika, çağırışaqədərki hazırlıq, tibb, həmçinin qızlar və oğlanlar üçün texnologiya otaqları, kitabxana, idman zalı, 182 yerlik akt zalı mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4272
avatar

Arzu Qurbanlı

Oxşar yazılar