Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 96 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 821 757 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 811 060 nəfər müalicə olunaraq sağalıb, 9 921 nəfər vəfat edib, aktiv xəstə sayı 776 nəfərdir.
Ölkədə son sutka ərzində 3 806, hazırkı dövrədək isə 7 260 232 test aparılıb.