Keçmiş deputat da  tələbə oldu
28 avqust 2026 13:01 (UTC +04:00)

Keçmiş deputat da tələbə oldu

0

Ali məktəbə qəbul olunanlar arasında keçmiş deputat Jalə Əhmədova da var.

Lent.az-ın xəbərinə görə, bu barədə Jalə Əhmədova özünün sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, Bakı Dövlət Universitetinin Psixologiya ixtisasında əlavə təhsil alacaq.

Qeyd edək ki, J.Əhmədova ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Hüquq fakültəsini bakalavr, BDU-nun Beynəlxalq hüquq fakültəsini isə magistr dərəcəsi ilə bitirib. Daha sonra o, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə ilə başa vurub.

Xatırladaq ki, Jalə Əhmədova Milli Məclisin VI çağırış deputatı olub. O, hazırda əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar