Hazırda bu rayonlara qar yağır - FAKTİKİ HAVA
15 aprel 2025 10:48 (UTC +04:00)

Hazırda bu rayonlara qar yağır - FAKTİKİ HAVA

Aprelin 15-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Aprelin 15-i saat 10:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkənin əksər rayonlarında hava şəraiti yağıntılı keçir, yağıntılar bəzi yerlərdə intensiv leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Beyləqanda 23 mm (aylıq normanın 75 %-i), Ağdamda 19 mm (aylıq normanın 39 %-i), Zərdab, Göyçay, Quba və Lerikdə 18 mm (aylıq normanın 25-58%-i), Xaltanda 17 mm (aylıq normanın 24 %-i), Kürdəmir və Yardımlıda 16 mm (aylıq normanın 26-46 %-i) Oğuzda 14 mm (aylıq normanın 14 %-i), Sabirabad, Yevlax və Qəbələdə 12 mm (aylıq normanın 12-44 %-i), Şuşa, Ağsu, İsmayıllı və Şamaxıda 10 mm (aylıq normanın 10-15 %-i), Xaçmaz və Tərtərdə 9 mm (aylıq normanın 26-30 %-i), Altıağac, Şabran və İmişlidə 8 mm (aylıq normanın 11-27%-i), Şəki, Tovuz və Mingəçevirdə 7 mm (aylıq normanın 8-21 %-i), Qobustan, Goranboy, Şahbuz, Qəbələ, Naftalan və Lənkəranda 6 mm, Bərdə, Gəncə, Göygöl, Gədəbəy, Şəmkir, Daşkəsən, Astara, Biləsuvar, Qax, Zaqatala və Balakəndə 5 mm-dir.

Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 6 mm-dir, bu da aylıq normanın 26 %-ni təşkil edir.

Dağlıq ərazilərə qar yağır, yağan qarın hündürlüyü Xınalıqda 20, Qrızda (Quba) 16, Şahdağda 12, Kəlbəcərdə 5, Qusar və Laçında 4, Qubadlıda 3 sm-dir.

Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Şamaxıda 16, Qobustanda 18, Şahbuzda 19, Şahdağda 20, Culfada 24, Bakıda və Abşeron yarımadasında 27 m/s-yə çatır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 11, Naxçıvan MR-da 10 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcəyədək şaxta qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2458

Oxşar yazılar

Bakının bu rayonu sabahdan susuz qalacaq

Bakının bu rayonu sabahdan susuz qalacaq

15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara  yağış yağır   - Faktiki HAVA

Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA

15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək

Bu rayonda 21 kəndin qazı kəsiləcək

15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara  sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ

Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ

15 iyul 2025 , 15:20
Bu yerlərə  leysan yağacaq

Bu yerlərə leysan yağacaq

15 iyul 2025 , 14:56
Sabah  nəfəs kəsən isti   olacaq - Hava PROQNOZU

Sabah nəfəs kəsən isti olacaq - Hava PROQNOZU

15 iyul 2025 , 13:29
Yuxuda niyə kabus görürük?  - Alimlər AÇIQLADI

Yuxuda niyə kabus görürük? - Alimlər AÇIQLADI

15 iyul 2025 , 10:58
Bu gün Bakının bəzi yerlərində qaz olmayacaq

Bu gün Bakının bəzi yerlərində qaz olmayacaq

15 iyul 2025 , 09:31