Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, əhalidən bina və yaşayış komplekslərinin həyətlərinə girişdə, habelə həyətlərdə avtomobilləri yalnız parklanma üçün nəzərdə tutulmuş yerlərdə nizamla park edilməsi xahiş olunur. Çünki yanğınla mübarizə məqsədilə xüsusi təyinatlı texnikalar binanın həyətinə girişdə avtomobillərin nizamsız park edilməsi səbəbindən çətinliklə rastlaşır.