Dünyanın ən yaşlı insanı olduğunu  iddia edən   qadın: 120 yaşını qeyd etdi
14 mart 2025 19:59 (UTC +04:00)

Dünyanın ən yaşlı insanı olduğunu iddia edən qadın: 120 yaşını qeyd etdi

Bu yaxınlarda 120 yaşı tamam olan qadın, yaşayan ən yaşlı insan üçün dünya rekordunu qıracağına ümid edir.

Mrtın 10-da Braziliyanın Rio-de-Janeyro ştatından olan Deolira Qlsiya Pedro da Silva ailəsi ilə birlikdə yubileyini qeyd edib.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, ailəsi onun dünyanın ən yaşlı insanı kimi tanınmasını təmin etmək üçün Ginnesin Rekordlar Kitabı ilə əlaqə saxlayır. Hələlik rəsmi rekordçu braziliyalı rahibə İna Kanabarro Lukasdır. İna 1908-ci il iyunun 8-də anadan olub - onun 116 yaşı var.

Lakin Deolira, doğum haqqında şəhadətnaməsinə görə, üç ildən çox əvvəl, 1905-ci il martın 10-da anadan olub.

Deolira Braziliyanın Rio-de-Janeyro ştatının Porçunkule şəhərində anadan olub. O, hazırda qonşu İtaperuna şəhərində yaşayır.

Ailə həkimi Xuair de Abreu yerli mətbuata deyib: "Artıq onun doğum haqqında şəhadətnaməsi var, bu da lazımi sənədlərdən biridir. Sadəcə olaraq, rəsmi sorğu təqdim etmək üçün başqa bir sənəd gözləyirik".

Deoliranın səkkiz uşağından üçü hələ də sağdır, o cümlədən bu ay 90 yaşı tamam olan İvana. Qadının 17 nəvəsi, nəticəsi və hətta kötücəsi var.

Deolira uzun müddət musiqi və karnavala həvəs göstərib. Ailəsi deyir ki, o, bütün gecəni televizorda samba məktəbinin paradına baxaraq oyaq qalıb.

O, 120 illik yubileyini bol yemək və təbii ki, canlı musiqi ilə qeyd edib.

Onun bu qədər uzun yaşamağa necə nail olmasına gəlincə, Xuair bunları deyib: "O, hər zaman həzminə və udmasına kömək edən balanslı qidalanır. O, həmçinin koqnitiv sağlamlıq üçün çox vacib olan kifayət qədər yuxu alır. Onun yüksək qan təzyiqi və ya şəkərli diabet kimi heç bir tibbi vəziyyəti yoxdur, heç bir dərman qəbul etmir və son analizinin nəticələri yaxşı olub".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 322

Oxşar yazılar