Aparılacaq təmir işləri ilə əlaqədar Mirmahmud Kazımovski küçəsinin Mir Cəlal küçəsindən Cavad xan küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, məhdudiyyət 28 avqust saat 22:00-dan təmr işləri bitənədək tətbiq ediləcək. Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.