Möhsün Səlim məscidi
04 iyun 2021 15:54 (UTC +04:00)

Möhsün Səlim məscidi

Bu məscidin yarım milyondan çox borcu var - RƏSMİ

“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti Binə qəsəbəsində yerləşən Möhsün Səlim məscidinə 592 min 412 manat təbii qazdan istifadəyə görə borcun yazılmasına dair yayılan xəbərlərə münasibət bildirib. 

Qurumdan Lent.az-a verilən məlumata görə, bu borc “Azəriqaz”ın fəaliyyət göstərdiyi 2009-cu ildən öncəki dövrü əhatə edir:

“Borcun böyük məbləğdə olmasına baxmayaraq məscidin qaz təchizatı heç bir vaxt dayandırılmayıb. Təbii qazın alqı-satqı müqaviləsinin bağlanması ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinə müraciət olunub, lakin məscidin müvafiq qurumda qeydiyyatının olmaması və müqaviləni fiziki şəxsin adına bağlamaq istəyi kimi səbəblərdən bu, mümkün olmayıb”.

# 2823
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar