Şeyxülislam Hacı Allahşükür Paşazadə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri,
30 mart 2025 17:23 (UTC +04:00)

Şeyxülislam Hacı Allahşükür Paşazadə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri,

“Bakıya bilet tapa bilmədim” - Şeyx

Xəbər verdiyimiz kimi, bu gün ölkə məscidlərində Ramazan bayramı ilə əlaqədar bayram namazı qılınıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə isə bayram namazında iştirak etməyib. Hətta onun səhhətində problem yarandığına dair məlumatlar da yayılıb.

Lent.az xəbər verir ki, bununla bağlı Şeyx “Unikal”a açıqlama verib.

Onun sözlərinə görə, səhhətində heç bir problem yoxdur:

“Hazırda Türkiyədəyəm. Bakıya qayıtmaq istəyəndə bir qədər sıxlıq oldu, təyyarə bileti tapmadım, ona görə gəlib çata bilmədim. İndi çıxıb gəlirəm.

Artıq 76 yaşım var. Yaşla əlaqədar hər kəsin səhhətində problem yarana bilər. Hər şey ola bilər. Buna baxmayaraq, mənim səhhətimdə heç bir problem yaranmayıb”, - deyə o qeyd edib.

Şeyxülislam Türkiyəyə səfərinin səbəbini açıqlamaq istəməyib:

“Bu, mənim şəxsi işimdir. Hər şeyin səbəbini açıqlamaq məcburiyyətində deyiləm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2624

Oxşar yazılar