Bakının Xəzər rayonu, “Qala” QTM-dən qidalanan əhali kollektorunun üzərində quraşdırılmış sənaye sayğaclarının yeni çəkilmiş sənaye kollektorunun üzərinə köçürülməsi məqsədi ilə martın 11-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
“Azəriqaz”dan Lent.az-a verilən məlumata görə, nəticədə Qala kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.